SİZİN REKLAM BURADA!
055 213 76 73


 
UEFA Türkiyənin "Qalatasaray" klubunu maliyyə fair play meyarlarını yerinə yetirmədiyi üçün çempionatlardan 1 illik kənarlaşdırıb. 
 
BAKU.WS-in məlumatına görə, "Qalatasaray" klubunun vəkili Eşref Alaçayır məsələ ilə bağlı açıqlama verib: "Bir il UEFA yarışlarına qatılmaqdan məhrum edildik. Bununla yanaşı, gələcək mövsüm xüsusilə transferlərdə diqqətli olmalıyıq. Əvvəlki kimi pul xərcləməməliyik. Məncə pis nəticə deyil. 1+1 cəzasını 1 ilə endirdik".
 
İstanbul təmsilçisi bu mövsüm UEFA kuboklarına iştirak hüququ əldə edərsə, bu hüquqdan istifadə edə biləyəcək. Vəkil bildirib ki, klub yerışlara getməyərək həm maliyyə vəziyyətini düzəldib, həm də çempionluğa oynayan klub formalaşdıracaq. 
 
Eşref Alaçayır "Qalatasaray"ın 2 mövsüm üst-üstə Avropa kuboklarında mübarizə etmək haqqı qazanamayacağı təqdirdə cəza ləğv olacaq. 
 
BAKU.WS