İker Kasilyas karyerasını bitirib

18
fev
2020
23:02
"Portu"nun qapıçısı İker Kasilyas karyerasını bitirib.
BAKU.WS xəbər verir ki, bunu Portuqaliya təmsilçisinin prezidenti Jorje Nunu Pinto deyib.
Klub rəhbəri bildirib ki, əfsanəvi qolkiper tezliklə bu barədə açıqlama verəcək və karyerasını bitirdiyini rəsmən elan edəcək. 39 yaşlı ispaniyalı bundan sonra bütün diqqətini İspaniya Futbol Federasiyasının prezidentliyi məsələsinə yönəldəcək. Çünki milli komandanın sabiq üzvü prezidentliyə namizədliyini rəsmən təqdim edib.
Qeyd edək ki, ötən ilin mayında infarkt keçirən İker Kasilyas həmin vaxtdan yaşıl meydanlara çıxmır.
Oxşar xəbərlər
ÇL: “Mançester Yunayted” və “Portu” klubları 1/4 finala yüksəliblər
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində ilk oyun həftəsinə yekun vurulub.BAKU.WS xəbər verir ki, 1/4 finala daha iki vəsiqənin s...