SİZİN REKLAM BURADA!
055 213 76 73


Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, AFFA-nın yanvarın 28-də keçirilən konfransında Assosiasiyanın hazırkı rəhbəri R.Abdullayev səsvermə yolu ilə növbəti dəfə dörd il müddətinə qurumun prezidenti vəzifəsinə seçilib.

Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir. AFFA prezidentliyinə seçkilər dörd ildən bir keçirilir.

BAKU.WS