SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün bəzi saytlarda Bakıda ilk dəfə keçiriləcək 2016 Formula 1 Avropa Qran Prisinə biletlərin qiymətlərində bahalaşmanın olduğuna dair həqiqəti əks etdirməyən məlumat yayılıb.
 
Bakı Şəhər Halqasından BAKU.WS-ə verilən məlumata görə, bir daha diqqətinizə çatdırmaq istəyirik ki, yarışla bağlı biletlərin qiyməti dollar əsasında təyin olunub və indiyədək həmin qiymətlərdə hər hansı bir dəyişiklik olmayıb.

Məlumat üçün bildirək ki, bilet satışının olduğu sayta - https://tickets.bakucitycircuit.com - Azərbaycan ərazisindən daxil olan istifadəçilərin birbaşa, ancaq imtiyazlı qiymətlərə çıxışı olur. Ölkə xaricindən həmin sayta daxil olanlara isə biletlər tam qiymətdə göstərilir.

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşları üçün bilet qiymətlərində xüsusi endirimlər (20-40%) tətbiq edilib və biletlərin qiyməti 19-472 dollar (indiki məzənnə ilə 30 manatdan 750 manata qədər) aralığındadır. 19 dollarlıq bilet yarış məkanına bir günlük, digər bütün biletlər isə 3 günlük giriş icazəsi verir. Üçgünlük biletə sahib olanlar eyni zamanda yarış həftəsonu ərəfəsində keçiriləcək konsert proqramlarında da iştirak edə biləcəklər.
 
BAKU.WS