UFC-nin rusiyalı keçmiş çempionu Oleq Taktarov yüngül çəkidə mütləq çempion Həbib Nurmaqomedov və amerikalı Toni Ferqyuson arasındakı döyüşdən gözləntilərini bölüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə "Eurosport" məlumat yayıb.

"Müqavilə imzalamaq yaxşıdır, ancaq bu, döyüşün olacağını ifadə etmir. Artıq neçə dəfə döyüş təxirə salınıb? Dörd? Ancaq mən təbii ki, bu mübarizəni görmək istərdim, çünki Həbib və Ferqyson artıq öz çəkilərində ən güclüdürlər", - deyə Taktarov bildirib.

Tanınmış idman ustası döyüşçülər arasında hansının daha şanslı olmasını da açıqlayıb: "Qalibi təxmin edə bilmərəm, mübarizə istənilən ssenariyə uyğun ola bilər. Həbib üçün döyüş Porye ilə müayisədə daha çətin olacaq. Ferqysonu dəmir tora asanlıqla sıxışdırmaq asan deyil və zərbə üsulu Həbibin texnikasından heç də pis deyil. Əgər güləşmək olmasa, amerikalının ayaq üstə şansı daha çoxdur".

BAKU.WS