055 213 76 73
BAKU.WS "apa"ya istinadən xəbər verir ki, III turun oyunları cədvəldə ciddi dəyişikliklərə səbəb olub.
Yeni reytinq Azərbaycan təmsilçilərinin mövqeyinə də təsir edib. Evdə Kiprin APOEL klubu ilə 2:2 hesablı heç-heçə oynayan “Qarabağ”ı futbolçuları ön sıralara doğru irəliləyiblər.
Azərbaycan çempionunun ən yaxşısı olan Dani Kintana 5108 xalla Avropa Liqasının 2-cisidir. O, yalnız “Sevilya”nın futbolçusu Franko Vaskesdən (5543) geri qalır. İlk “üçlüy”ü isə “Latsio”nun üzvü Sergey Milinkoviç-Saviç qapayır – 4931.
II turdan sonra 23-cü sırada olan, üç həftədə 21 pillə irəliləyən D.Kintana kimi daha iki “Qarabağ”lı “Top-100”də qərarlaşıb. 2990 xala malik Abdullah Zubir 66-cı, 2661 xalı olan Miçel 98-cidir.
“Qarabağ”ın legionerləri ön sıralarda yer alıbsa, yerli futbolçular onlardan xeyli geri qalır. Azərbaycan yığmasında çıxış edən ən yaxşı oyunçu Riçard Almeyda 2002 xalla 214-cüdür. Ukrayna “Aleksandriya”sında çıxış edən Pavel Paşayev 1108 xalla 448-cidir. Milli komandanın üzvü olan bu oyunçulardan biri Braziliya, digəri Ukrayna futbolunun yetirməsidir. Ən yaxşı azərbaycanlı isə 861 xalla 520-ci sırada yer alan Qara Qarayevdir.
BAKU.WS