VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində oktyabrın 24-də Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL klubunu qəbul edib.

BAKU.WS xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş heç-heçə başa çatıb - 2:2.

Görüşdə hesab 13-cü dəqiqədə açılıb. Rəqib komandanın müdafiəçilərinin kobud səhvindən istifadə edərək topa sahib olan Miçel gözəl ötürmə ilə Dani Kintananı zərbə mövqeyinə çıxarıb. Qapıçı ilə təkbətək qalan Dani Kintana baxımlı qolla oyunda hesabı açıb – 1:0. Lakin qarşılaşmanın 29-cu dəqiqəsində qonaqlar standart vəziyyətdən hesabı bərabərləşdirməyə nail olublar. Hava ötürməsini Nikolas İonnau başla dəqiq tamamlayıb – 1:1.

Görüşün 45-ci dəqiqəsində “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun kobud səhvindən yararlanan rəqib komandanın futbolçusu Linus Hallenius qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb – 1:2. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Fasilədən sonra var gücü ilə irəli atılan “Qarabağ” matçın 58-ci dəqiqəsində oyunda tarazlığı təmin edib. Dani Kintananın cinah ötürməsindən sonra Ailton Silva dəqiq baş zərbəsi ilə rəqib qapısına yol tapıb – 2:2.

Qalan dəqiqələrdə “Qarabağ” hesabda yenidən irəli çıxmaq üçün bir sıra imkanlara sahib olsa da, bundan yararlana bilməyib. Beləliklə, “Qarabağ” APOEL ilə ev oyununda heç-heçə edərək A qrupunda ikinci yerini qoruyub saxlayıb. Hazırda ağdamlıların aktivində 4 xal var. APOEL isə 1 xalla qrupda sonuncu yerdədir.

Qrupdakı digər oyununda “Sevilya” doğma meydanda “Düdelanj” komandasını qəbul edəcək.

22:40

Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyununda hesab bərabərləşib.

BAKU.WS-in məlumatına görə, Bakıda keçirilən matçın 59-cu dəqiqəsində Ağdam təmsilçisi qol vurub. Aylton Silvanın başla gözəl zərbəsi stadiona toplaşan azarkeşlərə sevinc bəxş edib - 2:2. 

21:48

"Qarabağ" - APOEL oyununun birinci hissəsi başa çatıb.

Matçın ilk hissəsi meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. 

Qarşılaşmanın 29-cu dəqiqəsində qonaqların heyətində Nikolas İoannu hesabı bərbaərləşdirib.  

Linus Hallenius isə qarşılaşmanın 45-ci dəqiqəsində qonaqların 2-ci qolunu vurub - "Qarabağ: APOEL - 1:2

21:13

"Qarabağ" - APOEL oyununda hesab açılıb.

Dani Kintana qarşılaşmanın 13-cü dəqiqəsində hesabı açıb. "Qarabağ" 1:0 önə keçib.

21:00

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində “Qarabağ” və APOEL klubları arasında oyun başlayıb.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Dani Kintana, Zubir və Maqaye Qeye yer alıblar.

APOEL-in heyətində isə meydana Beleç, Saviç, Merkis, Vuros, Ynnu, Matiç, Qendzoğlu, Lukas Souza, Mixayloviç, Xallenius və Pavloviç çıxıblar.
Qarşılaşmanı slovakiyalı Filip Qlovaya idarə edir.

Qrupda ilk oyununda öz meydanında İspaniyanın “Sevilya” klubuna məğlub olan (0:2) “Qarabağ” ikinci görüşündə səfərdə Lüksemburqun “Düdelanj” komandasına böyük hesabla qalib gəlib - 1:4. APOEL isə qrup mərhələsində keçirdiyi ilk iki oyunda məğlub olub - 4:3, 1:0.

Komandalar cari avrokubok mövsümündə 3-cü dəfə qarşılaşacaqlar. Nikosiyalılar UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində ağdamlıları mübarizədən kənarlaşdıra biliblər. Azərbaycan çempionu səfərdə 54-cü dəqiqədə Mahir Emrelinin, 69-cu dəqiqədə isə Maqaye Qeyenin qolları ilə önə keçib. Son nöqtəni isə oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Giorqos Merkis qoyub - 2:1. Bundan sonra Tomas Doll APOEL-in baş məşqçisi postunda Paolo Tramezzanini əvəzləyib. Almaniyalı mütəxəssis Bakıdakı debüt qarşılaşmasında 2:0 hesablı qələbəyə sevinərək, mərhələ adlayıb.

Qrupun digər oyununda “Sevilya” öz meydanında “Düdelanj” klubunu qəbul edir.

19:45

"Qarabağ" və APOEL (Kipr) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin III tur oyunu üçün start heyətləri açıqlanıb.

BAKU.WS-in məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, Dani Kintana 14.Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov. 99. Maqaye Qeye

APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9, Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolas İoannu (k), Vuyadin Saviç, 91. Draqan Mixayloviç

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlanacaq.
BAKU.WS