VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" səfərdə rəqibinə 2:3 hesabı ilə uduzub. 

***22.08.2019 22:56

Bu gün Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilir.

Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” da növbəti oyununa çıxıb.

Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasındakı növbəti uğursuzluğu ikinci dərəcəli klub turnirində unutdurmaq niyyətindədir. Ağdam təmsilçisi bunun üçün Şimali İrlandiyanın ən titullu komandası olan “Linfild”i keçməlidir.

İlk görüşü səfərdə oynayan “Qarabağ” Belfastın “Vindzor Park” stadionunda qüvvəsini sınayır. Azərbaycan çempionu qrup mərhələsinə düşmək üçün bir həftə sonra baş tutacaq cavab matçı öncəsi qənaətbəxş nəticə əldə etməlidir.

Qeyd edək ki, son 5 ildə dörd dəfə Avropa Liqası, bir dəfə Çempionlar Liqasının qrupuna düşən “Qarabağ” cari mövsümdə Albaniya “Partizani”si (0:0, 2:0), İrlandiya “Dandalk”ı (1:1, 3:0) və Kipr APOEL-i (2:1, 0:2) ilə üz-üzə gəlib. 

Avropa Liqası
Pley-off mərhələsi
İlk oyun


22 avqust

22:45. “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Sandro Şarer

Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 22. Ceymi Malqryu (k), 27. Endryu Mitçel, 31. Nayal Kuinn, 47. Kris Keysment 

Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Larkin, 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 12. Kerk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern

Baş məşqçi: David Hili

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas Hüseynov

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Aylton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 99. Queye Maqaye.

Baş məşqçi: Qurban Qurbanov

Belfast. “Vindzor Park” stadionu
BAKU.WS