SİZİN REKLAM BURADA!
055 213 76 73


Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri Kiril Dmitriyevlə görüşüb.

BAKU.WS Oxu.az-a istinadən bildirir ki, Həbib daha sonra növbəti döyüşünü Rusiyada da keçirə biləcəyini deyib.

Nurməhəmmədov "Instagram" hesabında yazıb: "Növbəti döyüşümün Rusiyada keçirilmə ehtimalı çoxdur. Kiril Aleksandroviçlə söhbətləşmək xoş oldu".

Xatırladaq ki, sentyabrın əvvəllərində rusiyalı döyüşçü UFC 242 çempionatında amerikalı rəqibi Dastin Poryeni məğlub edərək, növbəti dəfə  yüngül çəkidə çempion titulunu qazanmışdı.
BAKU.WS