SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçimiz Hacı Əliyevin ilk görüşdə məğlub olması barədə xəbər vermişdik.

BAKU.WS xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya çempionumuz rusiyalı Hacımurad Rəşidova məğlubiyyətini haqsız sayıb.

İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb. Lakin Rusiya tərəfinin etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalı silinib. Nəticədə hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4. 

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf atıb. Güləşçimiz daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polis qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.

Hakimlər qırmızı vərəqə göstərərək onu yarışdan kənarlaşdırıblar.
BAKU.WS
VİDEO