“Qarabağ”ın futbolçusu Mahir Emreli İspaniya və Türkiyə klublarından gələn təkliflər haqqında açıqlama verib.

BAKU.WS 
qafqazinfo-ya istinadən xəbər verir ki, futbolçu hələlik “Qarabağ”da qalacağını bildirib:

“Mənə gələn təklifləri Qurban Qurbanovla və Rəşad Sadıqovla məsləhətləşdik. Belə qərar verildi ki, ən azı qışa qədər “Qarabağ”da qalım”.

Qeyd edək ki, Mahir İspaniya Sequnda təmsilçiləri “Ekstramadura”, “Malaqa” və Türkiyənin “Trabzonspor” klubundan təkliflər almışdı.
BAKU.WS