VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Trabzonspor" klubu "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Mahir Emrelini heyətinə qatmaq istəyir.

BAKU.WS xəbər verir ki, bu barədə "haberts.com" portalı yazıb. 

Bildirilir ki, norveçli forvard Aleksandr Syorpoltu heyətinə qatan Qara dəniz təmsilçisinin növbəti hədəfi 22 yaşlı hücumçudur.

Qeyd edək ki, futbolçumuzla İspaniyanın "Deportivo", "Malaqa" və "Almeriya" klubları da yaxından maraqlanır. 

Xatırladaq ki, Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub. Onun Ağdam klubu ilə 2020-ci ilin iyulun 30-dək müqaviləsi var. 
BAKU.WS