VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prodüser Anar Mədətov oğlunun soyadını dəyişməsilə barışa bilmir.

BAKU.WS
xəbər verir ki, atasının ikinci dəfə evləndiyinə görə Mədətov soyadından imtina edib Emrəli olan "Qarabağ"ın və millinin futbolçusu Mahir dünən APOEL-lə oyunda qol vurub.

Mahirin atası Anar Mədətov oğlunun qol vurduğu kadrları paylaşıb və paylaşımında onu Mahir Mədətov kimi qeyd edib. 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində, səfərdə Kipr təmsilçisi APOEL-ə qarşı keçirdiyi ilk matçdan qalib (1:2) ayrılıb. Birinci qolu rəqib qapısından Mahir Emreli, ikincini isə "Qarabağ"ın yeni transferi Maqaye Qeye keçirib. Cavab matçı avqustun 13-ü Bakıda keçiriləcək.

Aysel
BAKU.WS
VİDEO

QALEREYA