"Qarabağ" üçün ölüm-dirim mübarizəsi

29
avq
2019
09:51
Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulucaq.BAKU.WS xəbər verir ki, keçiriləcək 21 oyunla qrup mərhələsinə yüksələn komandalar bəlli olacaq.Turnirdə ölkəmizi təmsi edən “Qarabağ” da cavab matçına çıxacaq. Ağdam təmsilçisi Bakıda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edəcək.Səfərdə gözlənilmədən rəqibinə 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası mərhələni keçmək üçün mütləq qalib gəlməlidir. “Qarabağ”a 1:0 hesablı qələbə də bəs edir.29 avqustAvropa LiqasıPley-off mərhələsinin cavab oyunu20:00. “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya)Baş hakim: Sergey İvanov (Rusiya).Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.Matç “CBC Sport”la canlı yayımlanacaq.
Oxşar xəbərlər
“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb
“Qarabağ”ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın “Linfild” komandasına qarşı keçirəcəyi pley-off mərhələsinin cavab görüşü üçün hakim təyinatlari açıqlanıb...
