SİZİN REKLAM BURADA!
055 213 76 73


"“Neftçi” öz səhvinə görə məğlub olsa da, “Qarabağ”ın mərhələ adlaması realdır".

BAKU.WS xəbər verir ki, bu sözləri hər iki klubda vaxtilə top qovmuş, hazırda isə “Keşlə”də çıxış edən Rəşad Sadiqov bildirib. 

Onun sözlərinə görə, Ağdam klubu qrup mərhələsinə düşmək və Şimali İrlandiya təmsilçisini keçmək üçün yetirincə təcrübəyə malikdir: ““Qarabağ” klubunun qrupa düşmək şansları daha çoxdur. Çünki rəqib Şimali İrlandiya təmsilçisindən daha təcrübəlidir. “Qarabağ”ın istər Çempionlar Liqası, istərsə də Avropa Liqasının qrup mərhələsində oyun təcrübəsi var. Ümid edirəm ki, “Qarabağ” bu sınaqdan uğurla çıxacaq”. 

Flaqmanın sabiq üzvü “Neftçi”nin məğlub olmasını futbolçuların arxayınlaşmasında gördü. “Neftçi” Bakıda görüşə daha ciddi yanaşsaydı, mərhələ keçə bilərdi: ““Netçi”nin mərhələ keçməməyinə gəldikdə isə onu deyə bilərəm ki, səhv özlərində oldu. Fikrimcə, Bakıdakı oyuna rahat və sərbəst şəkildə çıxdılar. Rusiya təmsilçisini keçdikdən sonra meydanda rahat görsənirdilər. Bakıda iki qol buraxdıqdan sonra, meydanda tamam başqa “Neftçi” gördük. Hesabı bərabərləşdirməyə də müvəffəq oldular. Səfərdəki oyunda isə hücum etməyə məcbur idilər. Komandaya qol vurmaq lazım idi. Ona görə, irəli atıldılar və rəqib də “Neftçi”ni əks hücumda tutdu. Sonda məğlub oldular. Ümumilikdə komanda pis çıxış etmədi”.

“Qarabağ”ın Kipr təmsilçisinə məğlubiyyətində Rəşad Sadıqovun əsas rolunun olması ilə bağlı fikirlərlə razılaşmayan Rəşad Sadiqov, onun hələ də qocalmadığını və yaxşı çıxış etdiyini vurğuladı: “Açığı, APOEL-ə qədər oyunlara kimi “Qarabağ”la bağlı heç bir irad yox idi. Heç kim klubun kapitanı Rəşad Sadıqovu qınamırdı. Rəşad klubun keçirdiyi 5 oyunda ən yaxşılardan biri idi. Onun barəsində “hələki qocalmır”, “hələki yaxşıdır” deyirdilər. Amma məğlub olan və penatli epizodu yaradan kimi “Rəşad qocalıb”, “komandaya zərbə vurdu” sözləri absurddur. “Qarabağ”ın məlubiyyətinin əsas səbəbi səfərdə 95-ci dəqiqədə qol buraxmaları oldu. Düzdür, Bakıda da “Qarabağ” oyuna yaxşı başlamış və oyuna diqtə edirdi. Sadəcə alınmadı, onların da oyun zamanı penalti və qolla nəticələnən uzaqdan zərbə epizodu olmuşdu. Başqa təhlükəli vəziyyət yarada bilməmişdilər. “Qarabağ” yaxşı oynasa da, təəssüflər ki, məğlub oldu”.

Ağdam klubunda hücumçu problemi olması ilə bağlı fikirlərə də münasibət bildirən veteran futbolçumuz, zamanla bunun həll olacağını dedi: “Hücumçu məsələsi isə belədir ki, ola bilər yeni alınan oyunçu hələ özünü göstərəcək. Hər bir legioner alınanda, heç kim zəmanət verə bilməz ki, o klubda ən yaxşı olacaq. “Qarabağ” elə futbolçular alıb ki, onların arasında yaxşılar da, pislər də olub. Türkiyədən yeni alınan hücumçu öz klubunda yaxşı futboçu olub. Yeni klubunda necə çıxış edəcəyini zaman göstərəcək”.

Orxan Hüseyn
BAKU.WS