Sabah Azərbaycanda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları başlayır.
BAKU.WS xəbər verir ki, oyunlar Xəzər dənizinin Azərbaycanın ərazi sularında baş tutacaq.
Oyunlar çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiyanın Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının, İran Hərbi Dəniz Qüvvələrinin və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin hərbi gəmiləri Bakıya gəliblər.
Müdafiə Nazirliyindən bildirilib ki, gəmi heyətləri yarışlara hazırdır.
Müsabiqə zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.
Eyni zamanda “Dəniz kuboku - 2019” müsabiqəsində müşahidəçi qismində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının final estafeti avqustun 17-də keçiriləcək.
BAKU.WS
Sabah Azərbaycanda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları başlayır
02
avq
12:53

Rusiyanın hərbi gəmiləri Bakıya gəldi -VİDEO,FOTO
Qazaxıstanın hərbi gəmisi Bakıya gəlib- VİDEO
İranın hərbi gəmiləri Bakıya girdi – VİDEO
Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib - VİDEO/FOTO
Azərbaycan hərbçiləri “Dəniz kuboku-2017”nin qalibi olub
İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıda (FOTO)
Azərbaycan, Rusiya və Qazaxıstan gəmiləri Xəzərdə: Hədəf məhv edildi
Azərbaycanın hərbi gəmiləri Mahaçqala limanına keçdi
- SON DƏQİQƏ: Bakıda daha bir bazar yanır - VİDEO (YENİLƏNİB-3)
- Bakıda DƏHŞƏT - Gənc oğlan kirayədə yaşayan anası və bacısını amansızlıqla öldürdü - VİDEO
- Eks nazir gəlini Səfurə səhnəyə qayıdır - FOTO
- Söyüş müxalifətinin "bloger"i Azərbaycana deportasiya olundu - RƏSMİ
- Bakıda “İnfiniti” ilə qəza törədən qız adamlara hücum çəkdi - VİDEO
- “Torqovı”da soyunub insanlara bıçaqla hücum çəkən şəxslərin kimliyi bilindi - VİDEO
- Zaur Darabzadə deputatlığa namizədliyini verəcək
- Rusiyada azərbaycanlı bəy toyda əsəbiləşib görün nə etdi - VİDEO
- Bakıda avtobusda biabırçı görüntülər - Sərnişinlərin nəzərinə! - FOTO
- “Öz qarnından çıxanın vəfası budursa...” - Oğlu Xalq artistini "partlatdı" - VİDEO
- Nazirin Pərvinə görə işdən çıxardığı polisdən gözlənilməz addım - VİDEO
- Xalq artistinin özündən gözəl qızı hər kəsi heyran qoydu - FOTO
- Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
- Pərvin və polis sevgilisinin daha bir QALMAQALLI VİDEOsu
- Elçin Əlibəylinin xanımı Dilrubə Vaqifqızı hər şeyə aydınlıq gətirdi - MÜSAHİBƏ+FOTO