SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının dördüncü günü başa çatıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan yığması günü 3 medalla başa vurub. İdmançılarımız 1 qızıl və 2 bürünc əldə ediblər. Hər üç mükafat cüdoçuların hesabındadır.

Bunadək yığmamızın heyətində yalnız güləşçilər fərqlənmişdilər. Yarışın dörd günündən sonra millimizin medal sayı 19-a çatıb. Bunlardan 9-u qızıl, 5-i gümüş, 5-i bürüncdür.

İlk üç günü zirvədə başa vuran Azərbaycan 1-ci pilləni əldən verib. Rusiya yığması qızıl medal sayını 13-ə, ümumi mükafatlarını isə 32-yə çatdıraraq 1-ci pilləyə yüksəlib. 3-cü yeri isə Türkiyə ələ keçirib.

Ümumilikdə, 4 gün ərzində 57 dəst medal sahibini tapıb. Bu mükafatları 32 ölkə təmsilçisi qazanıb. Çempionların şərəfinə 17 ölkənin himni səsləndirilib.
BAKU.WS