SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan cüdoçusu Turan Bayramov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

BAKU.WS-in məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Rusiya təmsilçisi Rizvan Maqomadovla üz-üzə gəlib.

Qarşılaşmadan qalib ayrılan R.Bayramov qızıl medal qazanıb.

55 kq-da yarışan Şükran Zamanlı bürünc medal uğrunda görüşdə ukraynalı Vladislav Kolobova qalib gələrək medalçılar sırasına düşə bilib.

Qadınların mübarizəsində isə Gülşən Bəşirova (44 kq) bürünc medal qarşılaşmasında hollandiyalı Joşlin Supusepanı məğlub edib. 48 kq-dakı Səbinə Əliyeva bürünc medal görüşündə belçikalı Selin Diriksə uduzub.
BAKU.WS