SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan təhlükəsizlik qüvvələri Tavuşun Kirants kəndi yaxınlığında delimitasiya prosesinin qarşısını almaq üçün Azərbaycanla sərhəddə ərazini bağlayan 30-dan çox şəxsi saxlayıb.

BAKU.WS xəbər verir ki, TASS bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Tərəflər arasında razılaşdırılmış sərhədin kənddən keçəcəyi və bir neçə evin Azərbaycanın nəzarətinə keçəcəyi üçün Kirants sakinləri aprelin 19-dan etiraz aksiyaları keçirirlər.

“31 vətəndaş polisin qanuni tələbinə tabe olmadıqları üçün saxlanılıb”, - Daxili İşlər Nazirliyindən bildirilib.

Xatırladaq ki, aprelin 28-də Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən ermənilər Vayots Dzor bölgəsində Ermənistan-İran magistral yolunu traktorlarla bağlayıblar.

BAKU.WS
VİDEO