SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın paytaxtı Tbilisidə "Xarici agentlər haqqında” qanuna etiraz olaraq növbəti dəfə aksiya keçirilib.

Rustaveli prospektində parlament binası qarşısında yüzlərlə nümayişçi hökumətə etirazını bildiriblər.

Gecə saatlarına kimi davam edən aksiya yenə qarşıdurmasız ötüşməyib. Narazı kütlə skuter və zibil qutuları ilə yolları bağlayıblar.

Polis əməkdaşları isə aksiyaçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Polislə etirazçılar arasında qarşıdurmalarda hər iki tərəfdən xəsarət alanlar olub.

BAKU.WS