SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın paytaxtı Tbilisidə parlamentin qarşısında "Xarici agentlər haqqında" qanun layihəsinin qəbul edilməsinə etiraz olaraq yenidən minlərlə insan etiraz aksiyası keçirib.

BAKU.WS xəbər verir ki, etirazçılar hasarları aşaraq qanunverici orqanın binasını ələ keçirmək istəyiblər.

Polis əməkdaşları səsgücləndiricilərlə etirazçılardan dağılışmağı tələb etsə də, narazı kütlə buna əhəmiyyət verməyib.

Daha sonra etirazçıları dağıtmaq üçün Gürcüstanın xüsusi təyinatlı qüvvələri müdaxilə edib. Su şırnaqları və gözyaşardıcı qazdan istifadə edən təhlüksəzilik qüvvələri nümayişçiləri dağıtmağa müvəffəq olub.

BAKU.WS
QALEREYA