SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstan Prezidenti Salome Zurabişvili "Xarici agentlər haqqında" qanun layihəsinə etiraz edənləri dəstəkləyir.

Bu barədə dövlət başçısının bəyanatında bildirilir.

"Bu axşam bir neçə dəfə dayandığım Rustavelidə (prospektdə - red.) dayanaraq sizə müraciət edirəm. Bu gün mən Nyu-Yorkdayam, arxamda isə Azadlıq Heykəlidir. Bu, Gürcüstanın həmişə mübarizə apardığı, bunun üçün bu günə qədər gəldiyi simvoldur. Mən sizin tərəfinizdəyəm, çünki bu gün siz azad Gürcüstanı təmsil edirsiniz”, - Zurabişvili çərşənbə axşamı yayımladığı videomüraciətdə bildirib.

Xatırladaq ki, dünən - martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən polislə toqquşma olub. 

Qeyd edək ki, Tiflisdə kütləvi etiraz aksiyasının iştirakçıları parlament binası qarşısındakı təhlükəsizlik hasarını uçurublar.

Məlumata görə, onlar binaya girməyə çalışırlar. Nümayişçilər qanunvericilik orqanının binasının ərazisində yerləşən hüquq-mühafizə orqanlarının əməkdaşlarına da müxtəlif əşyalar atıblar.

Bu arada xüsusi təyinatlı qüvvələr Gürcüstanın paytaxtı Tbilisidə parlamentin yaxınlığında keçirilən aksiyanı gözyaşardıcı qaz və şırnaqlardan istifadə edərək dağıtmağa başlayıb.

“Report” xəbər verir ki, xüsusi təyinatlılar iki tərəfdən – “Svoboda” meydanından və 9 Aprel küçəsindən etirazçılara doğru irəliləyir.

Parlamentin qarşısındakı meydanı tamamilə tüstü bürüyüb. İnsanlar yaxınlıqdakı küçələrə qaçıblar. Təhlükəsizlik qüvvələri parlamentə bitişik ərazini etirazçılardan tamamilə azad etməyə müvəffəq olub. 

BAKU.WS
VİDEO