SİZİN REKLAM BURADA!
055 213 76 73


Yolotu, qazayağı, gicitkən, cincilim, çiriş, dombalan, qulançar, boyana, əməköməci. Say, say bitmir. Bütün bunlar yaz mövsümündə yabanı halda bitən, sonra bazarların piştaxtalarına yol açan min dərdin dərmanı olan bitkilərdir. Hansı ki, bir çoxlarının onlardan xəbəri belə yoxdur.

Baku TV-nin əməkdaşı sözügedən bitkilərin qiymətini öyrənmək üçün “8-ci kilometr bazarı”nda olub.

Məlum olub ki, bu bitkilər arasında ən bahalısı donbalandır. Onun bir kiloqramı 40 manata satılır. Donbalana şəkərin dərmanı deyirlər, Qarabağ və Naxçıvanda bitir. Qeyd edilən bu bitkilər əsasən yaz mövsümündə yetişir və ömürləri iki ay olur.

Amma sağlamlığa faydaları saydıqca bitməz.

Odur ki, nə qədər ömürlərini başa vurmayıblar bu şəfalı göyərtilərdən yararlanmaq lazımdır.

Ətraflı süjetdə:

BAKU.WS
VİDEO