VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova "Minsk 2019" II Avropa Oyunlarında final gürüşünə çıxıb.

BAKU.WS-in məlumatına görə, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə ukraynalı Yuliya Tkaçla üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Azərbaycan təmsilçisi gümüş medal əldə edib.

57 kiloqram çəki dərəcəsində yarışan idmançımız isə bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib.

Rəqibini 9:4 hesabı ilə məğlub edən A.Kolesnik bürünc medala sahib olub.

Qeyd edək ki, daha öncə qadın güləşçilərdən Mariya Stadnik (50 kq) qızıl medal qazanıb.
BAKU.WS
QALEREYA