SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə 10 dəst medal sahibini tapıb.

Azərbaycan millisi günü 6 mükafatla başa vurub. Güləşçilərimiz hesablarına 2 qızıl, 3 gümüş və 1 bürünc medal əlavə ediblər. Bununla da yığmanın aktivindəki medal sayı 10 çatıb. Komandamız 4 qızıl, 4 gümüş və 2 bürüncə sahibdir.

Bu göstərici yığmamıza festivalın iki günündən sonra medal siyahısına başçılıq etmək imkanı verib. Bir gün öncə də zirvədə qərarlaşan Azərbaycan mövqeyini qoruyub.

Qazanılan qızıl medalların sayını 3-ə çatdıran İtaliya 2-ci sırada yer alıb. Rusiya isə cədvəlin üçüncüsüdür.

Ümumilikdə 14 dəst medal oynanılıb ki, idmançılar 52 mükafata sahib çıxıblar. Bu medallara 16 ölkə təmsilçiləri yiyələnib. Bunlardan yarısı – 8 yığma üzvləri çempionluq sevinci yaşayıblar.
BAKU.WS