SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyənin "NTV Spor" telekanalında yayımlanan "Qol" verilişində məşhur türk şərhçiləri azərbaycanlı sabiq referi Tofiq Bəhrəmovu ələ salıb. 


Qafqazinfo myscore.az-a istinadən xəbər verir ki, türk şərhçilər Emek Ege və Güntəkin Onay əvvəlcə Madaronanın 1986-cı ildə İngiltərə millisinin qapısına əllə vurduğu qoldan danışıb.


Mübahisəli epizodlarla bağlı danışan şərhçilər azərbaycanlı hakim Tofiq Bəhramovu da yada salaraq onun 1966-cı ildə İngiltərə millisinin Almaniyaya vurduğu qolu qeydə almaqda günahlandırıblar.


Artıq Azərbaycandan bu etirazla bağlı ilk etiraz gəlib. Azərbaycanın məşhur jurnalisti və "Neftçi” futbol klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Gündüz Abbaszadə NTVSporun redaksiyasına zəng vuraraq Tofiq Bəhramovun ələ salınmasına etiraz edib. NTVSpordan bildiriblər ki, növbəti verilişdə Güntekin Onay yanlış anlaşıldığını deyərək üzr istəyəcək. 

 

Azad Əliyev 

BAKU.WS