SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Millətlər Liqasının ikinci finalçısının da adına aydınlıq gəlib.

BAKU.WS xəbər verir ki, Portuqaliyada keçirilən ikinci yarımfinal matçında Hollandiya və İngiltərə milliləri qarşılaşıb.

Əsas vaxtı 1:1 bitən matçın əlavə vaxtında iki qol vuran Hollandiya 3:1 hesablı qələbə qazanıb. Hollandiya bununla da finalda Portuqaliyaya rəqib olub.

Final oyunu 9 iyunda baş tutacaq.

Hollandiya - İngiltərə - 3:1
Qollar: Markus Reşford (32-ci dəqiqə), Matteys de Liqt (73-cü dəqiqə), Kayl Uoker (97-ci dəqiqə, avtoqol) və Kvinsi Promes (114-cü dəqiqə).
BAKU.WS
VİDEO