SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Neftçi” PFK-nın baş məşqçisi Samir Əliyev komandanın uğursuz çıxışı barədə danışıb. 


BAKU.WS xəbər verir ki, baş məşqçi komandanın doğru yolda olduğunu sübut edəcəklərini bildirib. 


"Neftçi” əsası gənc futbolçulardan qurulmuş komandadır. Bildiyiniz kimi, əsas heyətdə meydana çıxan futbolçuların əksəriyyətinin təcrübəsi azdır. Amma təcrübə də birdən-birə qazanılmır. Futbolçu özü səhv etdikcə oyundan oyuna inkişaf etməlidir. Bunun üçün zamana ehtiyac var. Biz gələcəyin komandasını qurmağa çalışırıq. Düzdür, "Neftçi” elə bir komandadır ki, burada hər zaman nəticə də göstərməlisən. Gənc futbolçulara şans verməyin riskli olduğunu öncədən də bilirdik. Bununla belə, biz gələcəyi düşünərək bu gün riskə gedirik. "İnter”lə oyunda da gənc futbolçumuzun təcrübəsizliyindən azlıqda qaldıq. Amma biz komandamıza, futbolçularımıza güvənirik. Mən özüm də məşqçi kimi gəncəm və daim öyrənməyə, inkişaf etməyə çalışıram. Göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni edirik. Azarkeşlər də hər zaman komandada yerli futbolçuların çox olmasını istəyirlər. Elə bizim də məqsədimiz odur. Çalışırıq ki, təcrübəli legionerlərin əhatəsində onların özünə inamı daha da artsın. Doğru yolda olduğumuzu zaman sübut edəcək. Sadəcə, bir az səbrli olmaq lazımdır””, - deyə Samir Əliyev bildirib. .

 

Azad Əliyev

BAKU.WS