VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Qarabağ” futbol klubunun kapitanı Rəşad Sadıqov ATV telekanalında yayımlanan “V element” verlişinin qonağı olub.


BAKU.WS-in məlumatına görə, verliş zamanı aparıcı Ranar Musayev qonağa 2006-cı ildə Şahin Diniyevlə arasında yaşadığı qalmaqalla bağlı sual verib.



“Deyilənə görə, o zaman Şahin Diniyevi komandadan uzaqlaşdırmaq üçün qruplaşma yaratmısız və komandanı öyrətmisiniz ki, bilərəkdən uduzsunlar” - sualına cavab verən “Qarabağ”ın kapitanı bunun şər-böhtan olduğunu deyib.

Komandanın əksər üzvlərinin Şahin Diniyevə yaxın oyunçular olduğunu vurğulayan “Qarabağ” kapitanı belə bir halın mümkünsüz olduğunu bildirib.

Qeyd edək ki, “V element” tok-şousu fərqli qonaqları və müzakirələri ilə hər bazar ertəsi saat 22:00-da ATV-də yayımlanır.

Hüseyn Məmmədsalahov
BAKU.WS