SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Qarabağ” futbol klubunun kapitanı Rəşad Sadıqov yığma komanda yoldaşı Cavid Hüseynovun jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində əlinin olub-olmamasına münasibət bildirib.  


BAKU.WS-in məlumatına görə, futbolçu Cavid Hüseynovun belə hərəkət edəcək biri olmadığını bildirib: "Bir tərəfdə insan ölümü, digər tərəfdə illərlə çiyin-çiyinə oynadığım futbolçu. Cavidi 10 ildi tanıyıram, heç vaxt kiminləsə konflikti olan bir insan olmayıb. İnanmıram ki, o belə bir hərəkət eləsin. Mərhuma Allahdan rəhmət diləyirəm. Mənim fikrimcə Cavid belə bir şey istəməzdi. O kiminsə üstünə adam göndərəcək biri deyil". 


Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi ilə bağlı şübhəli bilinərək 3 ay müddətinə həbs edilib.