VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



U-21 yığmamızın baş məşqçisi müəyyənləşib.

AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Milan Obradoviçə həvalə olunub.

3 avqust 1977-ci il təvəllüdlü M.Obradoviçin futbolçu karyerası:

Tuqoslaviya SFR U-21 milli komandası – 12 oyun
SR Yuqoslaviya A milli komandası – 8 oyun
1998-2001 - Obiliç (Belqrad, Serbiya)
2001-2003 - Lokomotiv (Moskva, Rusiya) – çempion, superkubok - 2002
2003-2004 - Borussiya (Mönxenqladbax, Almaniya)
2004-2005 - Akratitos (Afina, Yunanıstan)
2006-2013 - Metallist (Xarkov, Ukrayna)
2013-2014 - Partizan (Belqrad, Serbiya)
2014 - OFK Belqrad (Serbiya)
UEFA Çempionlar Liqası – 15 oyun
UEFA Avropa Liqası – 36 oyun

Məşqçi təcrübəsi:

2014-2015 - FK Napredak (Krusevaç, Serbiya) - köməkçi məşqçi
2015 - NK Zavrç (Sloveniya) - köməkçi məşqçi
2015-2016 - NK Koper (Sloveniya) - baş məşqçi
2016-2017 - NK Koper (Sloveniya) - baş məşqçi
2017 Serbiya U-19, U-20 - baş məşqçi
2017 Serbiya U-17 - baş məşqçi
2017 Serbiya milli komandası - köməkçi məşqçi
2018 FIFA dünya çempionatı - Serbiya milli komandası - köməkçi məşqçi

Təhsili:

Bakalavr - Psixologiya TIMS Novi Sad 2018
Sahibkarlıq İnstitutu
İxtisas: Sahibkarlıq menecerliyi, menecment
UEFA A lisenziyası - Ukrayna Futbol Federasiyası, dekabr 2014
UEFA PRO lisenziya - Ukrayna Futbol Federasiyası, fevral 2017

BAKU.WS