"Neftçi” klubu qısa zaman kəsiyində daha bir futbolçu transferi həyata keçirib. 

Məlumata görə, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanıb. O, 3 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Jalgiris” (Litva, 2016-2018) olan Mbodj "Dakar Sakre Kour” (Seneqal, 2011-2014), "Srvena Zvezda” (Serbiya, 2014-2016), "Napredak” (Serbiya, 2014) komandalarında da çıxış edib. "Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Super Kubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3 illik müqavilə bağlanmışdı.

BAKU.WS