SİZİN REKLAM BURADA!
055 213 76 73



Portuqaliya milli komandasının baş məşqçisi Santos amerikalı qadını zorladığı ittihamı ilə barəsində cinayət işi açılan Kriştianu Ronaldunu heyətdən çıxarıb.

BAKU.WS Ölkə.Az-a istinadən xəbər verir ki, məşhur futbolçunun 2009-cu ildə amerikalı Katrin Mayorqaya Las-Veqasdakı bir otelin otağında zorladığı ittihamı irəli sürülüb.

Ronaldu bu iddiaları rədd etsə də, haqqında cinayət işi açılıb.
Portuqaliya millisinin baş məşqçisi Fernando Santos bu iddialar səbəbindən Ronaldunu heyətdən çıxarıb. Santos deyib:

“Noybar ayında baş tutacaq oyunlarda heyətdə olmayacaq. Bu qərar Ronaldu, Portuqaliya Futbol Federasiyası və mənim fikrimlə qəbul edilib. Bu ay və gələn ay bizimlə olmayacaq. Ronaldunun ittihamlardan təmizlənib yenidən milli komanda forması geyinəcəyinə inanıram”.

BAKU.WS