VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının VII tur qarşılaşmaları keçirilir.

Kişilərdən ibarət Azərbaycan millisi Polşa yığması ilə üz-üzə gəlib. Yığmanın bütün şahmatçıları öz görüşlərini heç-heçə ilə başa vurub. 

Bu nəticədən sonra Azərbaycanın kişilərdən ibarət yığması 13 xalla Polşa ilə birgə liderliyini davam etdirir. 

Polşa – Azərbaycan - 2:2 

Şəhriyar Məmmədyarov – Duda Yan-Kşiştof - 0,5:0,5

Teymur Rəcəbov – Rodoslav Voytaşek - 0,5:0,5

Arkadi Naydiç – Tomçak Yaçek - 0,5:0,5

Eltac Səfərli – Kamil Draqun - 0,5:0,5

E.Səfərli və T.Rəcəbov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla oynayıb.

BAKU.WS