VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Qarabağ" klubu Peşəkar Futbol Liqasına müraciət edib.

BAKU.WS-in PFL-ə istinadən verdiyi məlumata görə, ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən "Qarabağ" oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqasının III turunda "Neftçi"yə qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib. "Qarabağ"ın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL "Qarabağ" - "Neftçi" matçının 25 avqust tarixdən 26 avqust tarixə keçirilməsinə qərar verib. Xatırladaq ki, bununla bağlı bir neçə gün əvvəl oyun məhz avqustun 25-nə təyin olunmuşdu.

Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədilə hər iki klubun razılıq məktubundan sonra "Zirə" - "Sabah" matçı ilə bağlı da dəyişiklik reallaşıb. Sözügedən oyun 26 avqust tarixdən 25 avqust tarixə keçirilib.

BAKU.WS