SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtımızın Elektra Hall arenasında, TT Fight Club-un təşkilatçılığı ilə GEFC Global kəməri uğrunda reytinqli beynəlxalq turnir baş tutub.

Əlamətdar olan isə, turnirin Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunması idi. Yarışın açılış mərasimində söz alan, TT Fight Club Ictimai Birliyinin sədri və fəxri prezidenti Turqut Salayev, çıxışına başlamadan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etmiş, Allah Rəhmət Eləsin deyib.


Daha sonra davam edərək ölkə Prezidenti cənab İlham Əliyevin dəstəyi və rəhbərliyi ilə idmana, idmançılara göstərilən diqqət və qayğı, bu sahədə olan nəaliyyətlərimizdən söz açmış, həmçinin turnir bəradə məlumat verib. Klub Prezidenti nitqində qazanılmış uğurlarla kifayətlənməməli, gələcəkdə də MMA idman növünün ölkəmizdə inkişafında klublarının rolu və yeni qələbələrə doğru gedəcəkləri barədə fikirlər səsləndirib. Sonda Turqut Salayev bütün idmançılara uğurlar, arenaya toplaşanlara gözəl axşam arzulayıb.


Turnirdə Azərbaycan, Ukrayna, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və hətta uzaq Braziliyadan ölkəmizə təşrif buyurmuş güclü idmançıların iştiraki nəzərdə tutulub. Qızğın atmosferda keçirilən döyüşlər, tamaşaçıların böyük marağına səbəb olub. Əksər görüşlərdə parlaq qələbə qazanan TT Fight Club idmaçıları, öz azarkeşlərinə həyacan və sevinc hissləri bəxş ediblər. Gecənin sonunda isə yarışın əsas döyüşü, sözün hər bir mənasında ən ağır çəki dərəcələrində Braziliyalı Xose Eudes Tavares və Azərbaycanlı Bəxtiyar Abbasov, GEFC Global versiyası üzrə dünya çempionu titulu uğrunda rinqə dəvət olunublar.


Döyüş ərzində daha aktiv olan Bəxtiyar, rəqibə çoxsaylı uğurlu zərbələr endirib və ağır çəkisinə baxmayaraq gözəl akrobatik fəndlərlə braziliyalını bir neçə dəfə üzərindən yerə atıb. Lakin qonaq idmançı da öz yüksək səviyyəsini nümayiş etdirərək Bakıya qalibiyyət üçün gəldiyini göstərib, matçın sonuna qədər mübarizə aparıb. Hərəsi beş dəqiqədən ibarət üç raund bitdikdə, hakimlərin birtərəfli qərarı ilə Azərbaycandan olan idmançı Bəxtiyar Abbasov qalib elan edilib. Beləliklə GEFC Global kəmərinə sahiblənən Bəxtiyar, həm TT Fight Club-dan olan məşq yoldaşları, həm arenaya toplaşanları, həm də bütün idmansevər azərbaycanlıları sevindirib.

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnir, dövlət televiziyası vasitəsilə bütün dünyaya canlı nümayiş etdirilmiş, yerli və əcnəbi jurnalistlər tərəfindən mətbuatda işıqlandırılıb.

BAKU.WS