TT Fight Club-un döyüşçüləri dünya birinciləri oldular

TT Fight Club-un döyüşçüləri dünya birinciləri oldular
İdman 2458

TT Fight Club-un idmançıları Azərbaycan yığmasının tərkibində martın 25-i 2017-ci ildə keçirilən MMA-nın WMMAF növü üzrə keçirilən dünya çempionatında iştirak ediblər.

Birinci yerə çıxan idmançılarımız: Səbuhi Quliyev (57 kq), Vüqar Məmmədzadə (61 kq), Cəfər İsmiyev (66 kq), Nəriman Abbasov (70 kq), Hüseyn Əliyev (77 kq), Anar Hüseynov (84 kq), Bəxtiyar Abbasov (93 kq). Bununla yanaşı çempionatda komandalar üzrə də birinci yeri tutmuş oldular. Onları bu münasibətlə təbrik edirik!

TT Fight Club-un ən vacib və əsas məqsədlərindən biri öz peşəkar idmançılarını yetişdirməkdir, çünki məhz onlar Azərbaycanı beynəlxalq yarışmalarda təmsil edəcəklər. Klubumuzun iki zalında (Premium branch, Ahmedli branch) sizə bir çox növlər üzrə məşqlər təklif edilir: MMA, kross-fit və s.

BAKU.WS

Son xəbərlər