İdman tarixində ilk dəfə bir tərəfdar transferi baş tutub.
 
BAKU.WS-in məlumatına görə, Azərbaycan klubu "Qəbələ" Türkiyənin "Beşiktaş" klubunun azarkeş qrupu ilə müqavilə imzalayıb. "Çarşı qrup"a daxil olan "Aysa" dəstəsi bir müddətdir Azərbaycanda "Qəbələ"nin azarkeşlərinə dərs keçir. 

"Beşiktaş"ın dünyaca məşhur azarkeşlərindən 15-i artıq ölkəmizə gəlib. Onlar azərbaycanlı azarkeşlərə klubu necə dəstəkləmək lazım olduğu barədə dərs keçirlər. Qrupun lideri Sedat Özdemir məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, azərbaycanlı futbol həvəskarlarına şüarları öyrədirik. "Beşiktaş"ın Avropaya ad çıxaran azarkeşləri İnönü stadionunda etdikləri şoular, söylədikləri himnlər və mahnıları ilə özlərini sübut edib.
 
Türkiyədə dostlarının məsləhəti ilə "Beşiktaş" matçlarına gələn "Qəbələ" klubunun prezidenti Tale Heydərov bu azarkeşlərə heyran qalıb. Klub rəhbəri 15 azarkeşə transfer təklifi edib. T.Heydərov məqsədlərinin Azərbaycanda inkişaf etməkdə olan futbol mədəniyyətini inkişaf etdirmək olduğunu ifadə edib.
 
BAKU.WS