SİZİN REKLAM BURADA!
055 213 76 73



Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirinin bu gün start götürən XI turunda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

BAKU.WS-in məlumatına görə, oyunda heç-heçə qeydə alınıb. Bununla da xallarını 7,5 çatdıran qrossmeysterlər şərikli liderə çevriliblər.

Qeyd edək ki, 7 xala malik Aniş Giri XI tur çərçivəsində ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşır.

BAKU.WS