FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 2 pillə geriləyib. Hesabat dövrü ərzində heç bir oyun keçirməyən yığma xal hesabını 273-də 281-ə qaldırsa da, 115-ci pillədən 117-ci sıraya enib.

Qeyd edək ki, yeni reytinqdə lider dəyişib. Xalını 1602-yə çatdıran Almaniya zirvəni ələ keçirib. Hesabında 1483 xal olan Braziliya 2-ci sıraya düşüb. Portuqaliya isə 1358 xalla 3-cüdür.

BAKU.WS