SİZİN REKLAM BURADA!
055 213 76 73


 

İtaliya yığmasının və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Matteo Darmian erməni əsilli olması ilə bağlı iddiaları təkzib edib.
 
BAKU.WS-in məlumatına görə, müdafiəçi erməni əsilli olmadığını bildirib: "Mən erməni deyiləm. Saytda o məlumat səhv idi. Bu mənim rəsmi cavabımdır" - deyə Darmian söyləyib. 

Xatırladaq ki, bir il əvvəl FİFA öz rəsmi saytında Darmianı erməni əsillli olaraq göstərib. 
 
Darmian "Milan" klubunun yetirməsidir. Futbolçu ilk oyununa "Milan"ın heyətində 2006-cı ildə çıxıb. "Breşia" ilə matçın 46-cı dəqiqəsində Kaxa Kaladzeni əvəz edən futbolçu İtaliyanın Kubokunda debüt edərək peşəkar karyerasına başlayıb. 11 iyul 2015-ci il tarixində "Mançester Yunayted" Darmian ilə dördillik müqavilə imzalayıb. Darmian "Mançester Yunayted"ə "Torino-dan" keçib. 
 
Şahin Həbibov
BAKU.WS