SİZİN REKLAM BURADA!
055 213 76 73



Oktyabrın 28-dən noyabrın 6-dək Yunanıstanın Krit adasında keçirilən klublararası komanda çempionatında qalib gələn Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının üzvü Rauf Məmmədov polis baş leytenantı imiş.

BAKU.WS Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, R.Məmmədov Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman Təlimi şöbəsinin inspektoru, polis baş leytenantıdır.

Bildirilir ki, R.Məmmədov şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildən qrossmeysterdir. O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə milli komandaların Avropa çempionatında qızıl medal, 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə çıxış edib.

2009-cu ildə Rauf Texas ştatının Lubbok şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuriy Kuzubov və Dmitry Andreikinlə 1-3-cü yerləri bölüşüb. 2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olub. 2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibidir. Üçqat Azərbaycan çempionudur.

BAKU.WS