VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko” ilə oyunda heç-heçə etməsi Ağdam təmsilçisinin büdcəsini də zənginləşdirəcək.

BAKU.WS-in məlumatına görə, Madriddə “Atletiko” ilə 1:1 hesablı heç-heçəyə nail olan təmsilçimizə UEFA tərəfindən yarım milyon avro (988.800 AZN) mükafat ayrılacaq.

Tərəflərin Bakıda keçirilən oyununda da 0:0 hesablı bərabərliyin qeydə alındığını nəzərə alsaq, bu, “Qarabağ”ın İspaniya təmsilçisi ilə matçlarda ümumlikdə 1 milyon avro (1.977600 AZN) qazanc əldə etməsi deməkdir.

Qeyd edək ki, qrup mərhələsindəki hər qələbənin mükafat məbləği 1,5 milyon heç-heçə isə 500 min avrodur. 1/8 final mərhələsinə çıxan klub isə 6 milyon avro qazanacaq.

İman
BAKU.WS