PSJ hücumçu Kilian Mbappenin "Monako"dan keçidini rəsmən elan edib.

BAKU.WS-in məlumatına görə, Paris klubu 18 yaşlı forvardı 30 iyun 2018-ci il tarixinə qədər icarəyə götürüb.

Müddət başa çatdıqdan sonra PSJ oyunçunu almalı olacaq. Fransa klubu 1 ildən sonra Mbappe üçün 180 milyon avro ödəyəcək. Müqavilə 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulacaq.

Qeyd edək ki, PSJ daha əvvəl Neymarı “Barselona”dan 222 milyon avroya alaraq dünyanın ən bahalı transferini edib.

Tuncay
BAKU.WS