3 yaşlı oğlan dünyanın ən gənc reytinqli şahmatçısı olur
Hindistanlı uşaq Aniş Sarkar tarixdə Dünya Şahmat Federasiyasından (FIDE) reytinq alan ən gənc şahmatçı olub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Sarkar 26 yanvar 2021-ci ildə anadan olub və 3 yaş, 8 ay və 19 günlük yaşında 1555 fərdi reytinqə malikdir.
O, daha bir hindistanlı Tejas Tivarinin rekordunu qırıb.
2023-cü ildə o, 5 yaşında FİDE reytinqinə malik şahmatçı olub.
FİDE qaydalarına görə, reytinq əldə etmək üçün şahmatçı 26 ay ərzində reytinqdə olan şahmatçılara qarşı ən azı beş oyun keçirməli və ən azı yarım xal qazanmalıdır. Sarkar ilk klassik reytinq turnirində iştirak edib və səkkiz oyunda 5,5 xal toplayaraq 24-cü yeri tutub.
Oxşar xəbərlər
İran millisini DÇ-2026-dan imtinaya görə 320 min dollar cərimə gözləyir
Beynəlxalq Futbol Federasiyası (FİFA) İran milli komandasını 2026-cı il dünya çempionatında iştirakdan imtina edəcəyi halda ən azı 320 min dollar məbləğində cər...