3 gün sonra de Byazinin millidəki taleyinə aydınlıq gələcək

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.
BAKU.WS-in məlumatına görə, toplantı dekabrın 2-də baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə;2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat);3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi;4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması;5. Digər məsələlər.
Oxşar xəbərlər
İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib - FOTO
Milli Paralimpiya Komitəsinin (MPK) video-konfrans vasitəsilə Ümumi yığıncağı keçirilib. MPK-dan BAKU.WS-ə verilən məlumata görə, qurumun prezidenti İlqar Rəhim...
