SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Borussia Dortmund" klubunun erməni futbolçusu Henrix Mxitaryan böyük ehtimalla "Qəbələ"yə qarşı Avropa Liqasının səfər qarşılaşmasında iştirak etməyəcək".
 
BAKU.WS-in məlumatına görə, bu barədə alman klubunun icraçı direktoru Xans-Yoaxim Vatske bildirib.

"Mxitaryan çox güman ki, komandayla birlikdə "Qəbələyə" qarşı matça getməyəcək. Biz mövcud vəziyyəti öyrəndik. Ermənistan və Azərbaycan arasında münaqişə var və biz öz oyunçularımızın təhlükəsizliyini təmin etməliyik. Əgər bizim futbolçumuz özünü rahat hiss etməyəcəksə, əgər o qorxu hissi keçirsə, onda biz, təbii ki, öz qərarımızda bunu nəzərə almalıyıq".
 
Qeyd edək ki, Henrix Mxitaryan hələ Donetsk "Şaxtyor”unun heyətində forma geyərkən bir neçə dəfə Qarabağda olub. Qarabağın oyuncaq hökuməti Henrix Mxitaryanı Xankəndinə gətirərək ondan siyasi məqsədləri üçün istifadə edib. Futbolçu separatçı hökumətin təşkil etdiyi futbol tədbirlərinə qatılaraq erməni uşaq futbolçuları ilə görüş keçirib. 
 
Şahin Həbibov
BAKU.WS