Libertadores kuboku qarşılaşmasında huşunu itirən 28 yaşlı uruqvaylı futbolçu öldü
Yeniliklərdən dərhal xəbərdar olun
"Nasional" futbol klubunun uruqvaylı yarımmüdafiəçisi Xuan İzquierdo 28 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Libertadores Kubokunda huşunu itirən futbolçu dünyasını dəyişib
Avqustun 22-də Libertadores Kubokunun 1/8 finalında braziliyalı "San Paulo" ilə görüşdə İzquierdo meydanda huşunu itirib.
“Ürəyimizdə ən dərin ağrı və sarsıntı ilə klub Xuan İzquierdonun vəfatını elan edir, ailəsinə, dostlarına, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə bəyanatda bildirilir.
İzquierdo 2024-cü ildə "Nasional"a keçib və həmçinin Uruqvayın Liverpool, Montevideo, Atletico San Luis, Penarol və Cerro klublarında çıxış edib. 2022-ci ildə "Nasional" ilə ölkə çempionu olub.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...