Ötən gecə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Ilk gün çərçivəsində 9 qarşılaşma baş tutub.

Azərbaycanlı azarkeşlərin maraqla gözlədikləri  "Fənərbaxça”- "Şaxtyor” qarşılaşmasında qapılara qol vurulmayıb. 
Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ” bu gün Qlazqoda Şotlandiya çempionatının birincisi "Seltik”lə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 23:45-də start götürəcək. 
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar

MOİK (Rusiya) - "Sparta” (Çexiya) - 2:2
"Milsami” (Moldova) - "Skenderbeu” (Albaniya) - 0:2
"Midtyulland” (Danimarka) - APOEL (Kipr) - 1:2
"Makkabi” (Təl-Əviv, İsrail) - "Viktoriya” (Çexiya) - 1:2
"Fənərbaxça” (Türkiyə) - "Şaxtyor” (Ukrayna) - 0:0
"Panatinaikos” (Yunanıstan) - "Brügge” (Belçika) - 2:1
"Yanq Boyz” (İsveçrə) - "Monako” (Fransa) - 1:3
"Videoton” (Macarıstan) - BATE (Belarus) - 1:1
"Dinamo” (Xorvatiya) - "Molde” (Norveç) - 1:1
 
BAKU.WS