SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mayın 6-dan 8-dək Belçikada karatenin pentaksilat növü üzrə, bu ölkənin açıq birinciliyi və dünya kuboku uğrunda yarış keçirilib. Əlbəyaxa döyüşçülərimiz bu yarışda yüksək nəticələr əldə ediblər.

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, bu yarışlar əvvəlki illərdən fərqli olaraq, iştirakçı dövlətlərin və idmançıların çoxluğu ilə fərqlənib. Millimizin heyətində təmsil olunan Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Loğman Mirzəyev ən ağır çəkili idmançılar arasında üç döyüş keçirib.

Əvvəlcə Niderland, daha sonra Fransa idmançısı ilə qarşılaşmalardan qalib kimi ayrılan təmsilçimizin finaldakı rəqibi Böyük Britaniya komandasının üzvü olub. Baş mükafatın taleyi uğrunda həlledici görüşü də qələbə ilə başa vuran Loğman, qızıl medal və dünya kubokunu qazanıb. Əvvəllər dəfələrlə ölkə və Avrasiya çempionu olan idmançımız fiziki hazırlığı ilə yanaşı, təhsilini də artırır. O, DİN-in Polis Akaemiyasının V kurs kursantıdır.
 
BAKU.WS